Ukraynada müharibə davam edir.
Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.
O bildirib ki, Rusiya ordusu Dnepropetrovsk, Nikolayev və Odessa vilayətlərini daha çox hədəf alır.
“Dnepropetrovskun Krivoy Roq şəhərində ardıcıl partlayışlar eşidilib. O cümlədən Donetsk vilayətinin Baxmut və Avdiyevka şəhərlərində qarşılıqlı hücumlar ötən gecədən daha da intensivləşib”, – deyə jurnalist əlavə edib.
O da bildirilib ki, Rusiya ordusunun genişmiqyaslı hücumuna Ukrayna ordusu əks-hücumla qarşılıq verib. Hər iki tərəfdən itkilər var.
Ətraflı süjetdə:
www.102info.az