UEFA Avropa Liqası: “Qarabağ” İsveçdə “Hakken”lə qarşılaşacaq

Dünya


“Qarabağ” bu gün UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirəcək.

Oxu.Az-ın məlumatına görə, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda İsveçdə “Hakken”in qonağı olacaq.

Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Görüşü avstriyalı FIFA referisi Sebastian Qishamer idarə edəcək.

H qrupunun digər matçında Almaniyanın “Bayer 04” kollektivi Norveçdə “Molde”nin qonağı olacaq. İlk turda Bundesliqa təmsilçisi “Hakken”i dörd cavabsız qolla üstələyib. Azərbaycan çempionu isə evdə norveçlilərə qalib gəlib – 1:0.

UEFA Avropa Liqası, qrup mərhələsi

II tur

H qrupu

23:00. “Hakken” (İsveç) – “Qarabağ” (Azərbaycan)

Baş hakim: Sebastian Qishamer (Avstriya).

Göteborq. “Ullevi” stadionu.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir