İran idarəçilik göstəricilərinə görə dünyanın ən pis ölkələri sırasında – FOTO

Dünya


İran idarəçilik göstəricilərinə görə dünyanın ən pis ölkələri sırasındadır.

Bu barədə “Azad İran” “Telegram” kanalı Dünya Bankının son hesabatına istinadla xəbər verib.

Məlumata görə, “Qaydaların keyfiyyəti” alt əmsalında İran 209 ölkə sırasında 199-cu yeri tutaraq Mərkəzi Afrika və Suriya ilə eyni sırada yer alıb.

“Söz Azadlığı və Cavabdehlik” komponenti üzrə isə 100 baldan 9 balla 209 ölkə arasında 189-cu yerdə qərarlaşıb.

Qeyd edək ki, Dünya Bankının maliyyə dəstəyi və bir sıra beynəlxalq qurumlarla əməkdaşlıq çərçivəsində həyata keçirilən Qlobal Alt əmsalları Layihəsində dünyanın 200-dən çox ölkəsinin idarəetmə göstəriciləri ölçülür və sıralanır.

 

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir