ABŞ-də atışma nəticəsində yeni doğulmuş körpə ölüb

Dünya


ABŞ-nin Massaçusets ştatının Holiok şəhərində atışma nəticəsində yeni doğulmuş körpə ölüb.

Bu barədə yerli hakimiyyət orqanları xəbər yayıb.

Bildirilir ki, üç nəfər avtobusa atəş açıb. Nəticədə bir neçə nəfər, o cümlədən hamiləliyin son mərhələsində olan qadın yaralanıb. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan qadın burada uşaq dünyaya gətirib. Ancaq körpə doğulduqdan az sonra dünyasını dəyişib.

Holiok Dairə Prokurorluğu hadisənin bütün səbəbkarlarının polis tərəfindən müəyyən edilərək saxlanıldığını bildirib.

Mənbə: TASS

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir