Türkiyə paytaxtının Beypazarı rayonunda kömür mədənində çökmə baş verib. Yaralı işçilər var.
Oxu.Az-ın məlumatına görə, bu barədə Ankara valiliyi özünün “X” hesabında xəbər verib.
Məlumata görə, hadisə nəticəsində 15 nəfər yaralanıb.
“Beypazarı rayonunun Hırkatepe məhəlləsindəki “K” kömür mədənində torpağın çökməsi nəticəsində yaranan hava təzyiqi nəticəsində təhlükəsiz zonada işləyən mədən işçilərimizdən 15-i yüngül xəsarət alıb. Üç işçimiz hazırda xəstəxanada müşahidə altındadır”, – deyə valilikdən bildirilib.
Beypazarı İlçemize bağlı Hırkatepe Mahalesinde bulunan ‘K’ kömür maden ocağı sahasında topraktaki çöküntü sebebiyle oluşan hava basıncından dolayı güvenli bölgede çalışan 15 maden işçimiz hafif şekilde yaralanmıştır. Bunlardan Üç işçimiz hastanede gözlem altındadır.
— T.C. Ankara Valiliği (@AnkaraValiligi) October 5, 2023
www.102info.az