“Barselona”nın hücumçusu Lamin Yamal Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunda “Porto” ilə matç zamanı komandasını təxminən on dəqiqəlik tərk edib.
Matçın 71-ci dəqiqəsində 16 yaşlı futbolçu özünü pis hiss edərək tualetə getmək üçün meydançadan soyunub-geyinmə otağına qaçsa da, geri qayıdaraq oyunu davam etdirə bilməyib. Onu 80-ci dəqiqədə Markos Alonso əvəzləyib.
Komandanın baş məşqçisi Xavi Hernandes baş verənlərin təfərrüatını açıqlayıb:
“O mənə özünü pis hiss etdiyini, qarnının ağrıdığını demişdi”.
Qeyd edək ki, “Barselona” və “Portu” arasında görüş oktyabrın 4-də Portuqaliyada baş tutub. Qarşılaşma 1:0 hesabı ilə qonaqların xeyrinə başa çatıb. Yamal Çempionlar Liqası tarixində start heyətində yer alan ən gənc futbolçu olub.
Mənbə: lenta.ru
www.102info.az