TDT XİN rəhbərlərinin müavinləri İstanbulda siyasi məsləhətləşmələr keçiriblər

Dünya


Türkiyənin dəvəti ilə İstanbulda Türk Dövlətləri Təşkilatına (TDT) üzv olan ölkələrin xarici işlər nazirlərinin müavinləri çoxtərəfli siyasi məsləhətləşmələr keçiriblər.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə XİN məlumat yayıb.

Görüşdə Qazaxıstanda keçiriləcək 10-cu TDT Zirvə Toplantısına hazırlıq işləri nəzərdən keçirilib, TDT-nin gündəliyindəki əməkdaşlıq məsələləri, təşkilatın gücləndirilməsi ilə bağlı məsələlər, türk dünyası ilə bağlı aktual regional və beynəlxalq problemlər müzakirə edilib.

www.102info.az