Böyük Britaniya Ukraynaya humanitar yardım göstərmək məqsədilə əlavə 45,5 milyon avro vəsait ayıracaq.
Bu barədə Britaniya baş naziri Rişi Sunakın ofisi məlumat yayıb.
Qeyd olunur ki, yardımın Avropa Siyasi İcmasının oktyabrın 5-də İspaniyanın Qranada şəhərində başlayacaq sammiti ərəfəsində baş tutması da təsadüfi deyil.
Belə ki, sammitdə R.Sunak rəsmi olaraq elan edəcək ki, BMT və xeyriyyə təşkilatları Londondan 34 milyon avro alacaqlar ki, bu da ukraynalıları qışdan əvvəl mənzil və isti geyimlə təmin etməyə kömək olmalıdır. Ukraynalılara ev təsərrüfatlarını elektrik enerjisi ilə təmin etmək üçün isə daha 11,5 milyon avro ayrılacaq.
Mənbə: TASS
www.102info.az