Suriya üzərindəki gərgin hava məkanında yeni beynəlxalq qalmaqala səbəb ola biləcək insident baş verib.
Məlumata görə Türkiyənin ANKA-S pilotsuz uçuş aparatı (PUA) ABŞ Hərbi Hava Qüvvələrinə məxsus F-35A qırıcısı tərəfindən Suriyanın şimalda yerləşən Həsəkə şəhəri üzərində vurulub.
Bildirilir ki, təyyarə 421-ci qırıcı eskadrilyaya məxsus olub və Türkiyə PUA-sını məhv etmək üçün “AIM-120 AMRAAM” hava-hava raketindən istifadə edib.
Pentaqondan qırıcının yanlışlıqla PUA-ya hücum etdiyi qeyd olunub.
Hadisədən sonra Pentaqon rəhbəri Lloyd Ostin türkiyəli həmkarı Yaşar Gülər ilə telefon danışığı keçirib və Türkiyə qüvvələrinin Suriyadakı fəaliyyətini müzakirə edib.
Mənbə: avia.pro
www.102info.az