Tramp son üç ildə ikinci dəfə “400 ən zəngin ABŞ-li” siyahısına düşmədi

Dünya


ABŞ-nin keçmiş prezidenti və milyarder Donald Tramp son üç ildə ikinci dəfə “Forbes” jurnalının 400 ən zəngin ABŞ sakini siyahısına daxil edilməyib.

Ağ Evin keçmiş rəhbərinin sərvəti ötən illə müqayisədə 600 milyon dollar azalaraq 2,6 milyard dollar olub. Beləliklə, Trampın siyahıya düşmək üçün təxminən 300 milyon dolları çatmayıb.

Trampın maliyyə itkilərinin əsas səbəbi kimi “Truth Social” sosial şəbəkəsi göstərilir. O, 2021-ci ilin payızında istifadəyə verildiyi zaman xeyli sayda ABŞ vətəndaşının qeydiyyatdan keçəcəyinə ümid edirdi. Lakin indiyədək istifadəçilərinin sayı cəmi 6,5 milyon nəfərə çatıb. Buna görə əvvəllər təxminən 730 milyon dollar civarında qiymətləndirilən sosial şəbəkənin dəyəri 100 milyon dollardan da aşağı düşüb.

Bundan əlavə, Trampın sərvəti qismən onun kommersiya daşınmaz əmlakının dəyərinin aşağı düşməsi ilə əlaqədar olaraq azalıb.

Mənbə: TASS

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir