Rusiyada sisternin üzərinə çıxan yeniyetmə diri-diri yanaraq ölüb

Dünya


Rusiyanın Perm vilayətində 2007-ci il təvəllüdlü yeniyetmə dəmiryol relslərində sisternin üzərinə çıxaraq diri-diri yanaraq ölüb.

Hadisə oktyabrın 4-də axşam saatlarında rayonun Oktyabr kəndində baş verib. İki yerli kollec tələbəsi dəmiryol xətti boyunca gəzintiyə çıxıb. Yeniyetmələrdən biri relsin üstündəki sisternin üzərinə çıxıb və alovlanıb.

Onunla birlikdə olan dostu da alovlansa da, paltarını söndürə bilib və sağ qalıb. O, xilasetmə xidmətinə zəng edərək dostunun yandığını bildirib.

Verilən məlumata görə, oğlanın cəsədi yalnız dəmiryol əməkdaşları əlaqə şəbəkəsinin enerjisini kəsdikdən sonra sisternin üzərindən götürülüb.

Məlumat: Aif.ru

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir