Türkiyəli general: “ABŞ-nin etirazlarına baxmayaraq, ordumuz hərbi əməliyyatlar keçirməlidir”

Dünya


“Ankara Suriyanın şimalında genişmiqyaslı quru əməliyyatı keçirib PKK-YPG terror qruplaşmasının yaraqlılarını və onların obyektlərini məhv etməlidir”.

Bu sözləri yerli mətbuatına açıqlamasında Türkiyə Silahlı Qüvvələrinin istefada olan generalı Naim Baburoğlu deyib.

N.Baburoğlu qeyd edib ki, bu əməliyyatlar ABŞ-nin etirazlarına baxmayaraq icra edilməlidir.

Hərbi ekspertin fikrincə, Türkiyə ordusu oktyabr-noyabr aylarında Suriyanın 60-70 kilometr dərinliyə qədər transsərhəd hərbi əməliyyatlar keçirib Suriya-Türkiyə sərhədini terrorçulardan təmizləməlidir.

Türkiyə ordusunun istefada olan generalı hesab edir ki, Suriyadan sonra oxşar əməliyyat Şimali İraqda icra edilməlidir.

Mənbə: Cumhuriyet.com.tr

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir