ABŞ-də Yerin orbitinin zibillənməsinə görə ilk cərimə tətbiq edildi

Dünya


ABŞ-nin Federal Kommunikasiyalar Komissiyası Yerə yaxın kosmik məkanın tullantılarla zibillənməsinə qarşı mübarizə çərçivəsində ilk dəfə olaraq cərimə tətbiq edib.

Bununla bağlı “Dish Network” şirkəti cərimələnib. Şirkətə cərimə istismar müddəti bitmiş “EchoStar-7” rabitə peykinin orbitdən çıxarılması prosedurunu pozduğuna görə kəsilib.

Qeyd edək ki, Yerin orbitindəki kosmik tullantıların ümumi miqdarı 11 min ton həcmində qiymətləndirilir.

Mənbə: MK.ru

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir