Təkmühərrikli, beşnəfərlik təyyarə Avstraliyanın paytaxtı Kanberra yaxınlığında qəzaya uğrayıb.
İlkin məlumata görə, qəza nəticəsində azı bir nəfər ölüb.
Departamentdən təkmühərrikli “Cirrus SR22” təyyarəsinin yerli vaxtla təxminən saat 15:00-da (Bakı vaxtı ilə 10:00 – red.) Kanberra hava limanından havaya qalxdığı, lakin uçuşun altıncı dəqiqəsində təyyarənin qəzaya uğrayaraq alovlandığı bildirilir.
Qeyd edək ki, təcili yardım xidmətləri ölümlə nəticələnən təyyarə qəzası yerindədir. Hadisə yeri polis əməkdaşları tərəfindən mühasirəyə alınıb.
Mənbə: TASS
www.102info.az