İsrailin mərkəzi və cənub hissələri, eləcə də Qəzza zolağına bitişik ərazilərdə hava hücumu xəbərdarlığı elan edilib.
Bu barədə İsrail Müdafiə Qüvvələri “Telegram” kanalında bildiriblər.
“Qəzza zolağından İsrailə raketlər atılıb”, – deyə xəbərdə qeyd olunub.
İsrailin cənub və mərkəz sakinlərindən qorunan ərazilərin yaxınlığında qalmaları və təlimatlara əməl etmələri istənilib.
Qeyd edək ki, raket hücumu nəticəsində bir neçə nəfər yaralanıb.



Mənbə: Rbc
www.102info.az