İsraildə “Yamam” polis bölməsinin elit üzvü baş verənləri hadisə yerindən təsvir etdi – VİDEO

Dünya


İsrailin cənubunda, Qəzza zolağı ilə həmsərhəd olan Sderot şəhərində vəziyyət “Yamam” polis bölməsinin üzvü tərəfindən təsvir olunub.

Roman adlı bölmə üzvü bildirib ki, hazırda ordu və polis qüvvələrinin Sderota cəlb edilməsi davam edir. Şəhərdə yerli polis idarəsi ələ keçirilib. Şəhərə daxil olan silahlılar yerli sakinlərə atəş açırlar, ölənlər var.

Qeyd edək ki, İsrail Baş naziri Binyamin Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu deyib. KİV-in məlumatına görə, HƏMAS yeddi yaşayış məntəqəsini ələ keçirib.

“Bu, əməliyyat deyil, eskalasiya deyil – bu, müharibədir. HƏMAS bunun üçün misligörünməmiş bədəl ödəyəcək”, – deyə Netanyahu vurğulayıb.

Mənbə: “SHOT” “Telegram”

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir