Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) Fələstinin HƏMAS hərəkatının İsrailə hücumlarını kəskin şəkildə pisləyir.
Bu açıqlama ilə NATO-nun rəsmi nümayəndəsi Dilan Uayt çıxış edib.
“Biz HƏMAS-ın NATO-nun tərəfdaşı İsrailə qarşı bugünkü terror hücumlarını qətiyyətlə pisləyirik” – o qeyd edib.
NATO nümayəndəsi əlavə edib ki, terrorizm azad cəmiyyətlər üçün əsas təhlükədir və İsrailin özünü müdafiə etmək hüququ var.
Mənbə: TASS
www.102info.az