Futbol üzrə Almaniya Bundesliqasının yeddinci turunda Dortmund “Borussiya”sı evdə Berlin şəhərini təmsil edən “Union” klubunu qəbul edib.
Qarşılaşma “Borussiya”nın 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Məlumat üçün əlavə edək ki, cari çempionatda “Borussiya” yeddi turdan sonra 17 xal toplayaraq turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. “Union” altı xalla 13-cü yerdədir. Turnir cədvəlinə 18 xalla “Ştutqart” başçılıq edir.
“Borussiya” (Dortmund) – “Union” – 4:2
www.102info.az