BMT İsrailə hücumu pisləyib

Dünya


Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş HƏMAS-ın İsrailə hücumunu pisləyib.

Bu barədə Baş katibin rəsmi nümayəndəsi Stefan Düjarrikin şərhində qeyd olunur.

“BMT-nin Baş katibi HƏMAS-ın İsrailin Qəzza zolağı yaxınlığına və mərkəzi İsrail şəhərlərinə hücumunu, o cümlədən İsrail vətəndaşlarının məskunlaşdığı digər ərazilərə minlərlə raket atılmasını qətiyyətlə pisləyir”, – deyə S.Dujarrik bildirib.

Bundan əlavə, o qeyd edib ki, Antonio Quterreş Fələstin-İsrail münaqişəsinin tərəflərini maksimum təmkinli olmağa çağırıb.

Mənbə: Gazeta.ru

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir