İsrailin Baş naziri Benyamin Netanyahu Qəzza zolağının sakinlərini anklavın ərazisini dərhal tərk etməyə çağırıb: “HƏMAS-ın gizləndiyi yerləri xarabalığa çevirəcəyik. Bunun baş verəcəyini sizə vəd edirəm”.
O bunu xalqa telemüraciətində deyib.
Bundan başqa, o bildirib ki, İsrailin HƏMAS-a qarşı müharibəsi vaxt aparacaq və çətin olacaq:
“İsrail ordusu HƏMAS-ı məhv etməkdən ötrü bütün gücünü işə salacaq. İsrail üçün bu qara günə görə çox böyük qisas alacağıq”.
Mənbə: TASS
www.102info.az