İsrailin Müdafiə naziri: “Qarşıdakı 50 il ərzində Qəzzadakı reallığı dəyişdirəcəyik”

Dünya


“Bu gün şərin üzünü gördük. HƏMAS İsrail vətəndaşlarına qarşı kişi, qadın, uşaq və qoca demədən vəhşi hücum başlatdı”.

Bunu İsrailin Müdafiə naziri Yoav Qallant deyib.

Onun sözlərinə görə, HƏMAS səhvə yol verdiyini tez anlayacaq və bunun əvəzini ağır ödəyəcək.

Y.Qallant bildirib: “15 il əvvəl Cənub Komandanlığının rəhbəri kimi HƏMAS-ın boynunu qırmağa çox yaxın idim. Siyasilər tərəfindən dayandırıldım. Daha belə olmayacaq. Qarşıdakı 50 il ərzində Qəzzadakı reallığı dəyişdirəcəyik. Daha əvvəl olan artıq olmayacaq. Tam güclə fəaliyyət göstərəcəyik”.

Mənbə: “Yeniçağ” qəzeti

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir