İsrail ordusu sutka ərzində bütün ölkə vətəndaşlarının Qəzza ilə sərhədə yaxın ərazidən təxliyə ediləcəyini açıqlayıb.
Bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat katibi Daniel Haqari məlumat verib.
“İsrail 24 saat ərzində Qəzza sərhədi yaxınlığındakı qəsəbələrdə yaşayan bütün sakinləri təxliyə edəcək”, – deyə bəyanatda bildirilir.
Bundan əvvəl Əl-Qəssam dəstələri (HƏMAS-ın hərbi qanadı) hələ də İsrail ərazisində döyüşdüklərini bildirmişdilər.
Xatırladaq ki, daha əvvəl HƏMAS-ın hərbi qanadı sayılan “İzz əd-Din əl-Qəssam” briqadası hələ də İsrail ərazisində döyüşdüklərini bəyan edib.
Mənbə: RT
www.102info.az