İsrailin baş naziri Benyamin Netanyahu Qəzza zolağı ətrafındakı vəziyyəti müzakirə etmək üçün ölkənin əsas təhlükəsizlik qurumlarının rəhbərlərinin iştirakı ilə iclas keçirir.
Bu barədə İsrail hökumətinin mətbuat xidməti məlumat yayıb.
Verilən məlumata görə, iclas Təl-Əvivdə Müdafiə Nazirliyi və təhlükəsizlik qüvvələrinin binaları kompleksində keçirilir. Mətbuat xidməti aydınlaşdırıb ki, iclasda ölkənin müdafiə naziri Yoav Qalant, İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Herzi Halevi və digər yüksək rütbəli müdafiə strukturlarının rəhbərləri iştirak edirlər.
Mənbə: TASS
www.102info.az