Rusiyalı müğənni Alla Puqaçova və ailəsi İsraildəki faciəvi hadisələrin episentrinə düşüblər.
İfaçı həyat yoldaşı Maksim Qalkinlə birgə son il yarımdır ki, İsraildə yaşayırlar. Amma indi ölkədə bütün dünyanın diqqətini cəlb edən faciəli hadisələr cərəyan edir. Alla Puqaçova övladları Harri və Liza, əri Maksim Qalkinlə İsraili tərk etmək qərarına gəliblər.
Onlar ölkənin hava limanlarından birində görüntüləniblər. Müvafiq foto sosial şəbəkələrdə yayılıb.
Məşhur cütlüyün hara pənah aparacaqları məlum deyil.
www.102info.az