Rusiyalı ifaçı Qlükoza müğənni Bruno Marsın konsertində iştirak etmək üçün ailəsi ilə birlikdə bir neçə günlük Tel-Əvivə uçub.
Nəticədə, o, konsert əvəzinə praktiki olaraq hərbi əməliyyatların mərkəzinə düşüb.
Hazırda ifaçı ailəsilə birlikdə bomba sığınacağına yerləşdirilib.
Yeri gəlmişkən, Bruno Marsın taleyi bir müddət ABŞ-dən olan pərəstişkarlarını narahat edib. Yalnız oktyabrın 7-də axşam o, Ben Qurion Beynəlxalq Hava Limanının Terminalından 60 nəfərlik komandası ilə ayaq üstə çəkilmiş şəklini yayımlayıb.
Mənbə: kp.ru
www.102info.az