İsrailin “Detali” nəşri: “Yalnız Azərbaycan terrorçuları açıq şəkildə qınadı”

Dünya


“Birləşmiş Ərəb Əmirlikləri terrorçuları qeyd-şərtsiz qınayan ilk Yaxın Şərq ölkəsi oldu”.

İsrailin “Detali” nəşri BƏƏ Xarici İşlər Nazirliyinin müvafiq bəyanatı ilə bağlı məqalə dərc edib.

Bildirilib ki, BƏƏ diplomatları gərginliyin azaldılmasına çağırış ediblər. Onlar ərəb-İsrail münaqişəsinin iki dövlətin – Fələstin və İsrailin qurulması çərçivəsində yekun həllinə gətirib çıxaracaq danışıqların vacibliyini qeyd ediblər. Həmçinin, hər iki xalqın “sülh və ləyaqət içində yaşamağa layiq” olduğunu vurğulayıblar.

Nəşrin bildirdiyinə görə, BƏƏ-nin HƏMAS-ın hücumuna ilkin reaksiyası daha neytral olub. Bundan sonra BƏƏ hər iki tərəfi təmkinli olmağa çağırıb.

“Oxşar ritorika bir çox digər islam dövlətlərindən də eşidildi. Onların arasında son vaxtlara qədər yalnız Azərbaycan terrorçuları açıq şəkildə qınadı”, – deyə nəşrdə vurğulanıb.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir