“Azərbaycan Prezidenti ilə görüş Gürcüstan və Azərbaycan arasında əlaqələri gücləndirməyə və iqtisadi artımı təşviq etməyə yönəlib”.
Oxu.Az xəbər verir ki, bunu Gürcüstan Respublikasının Baş naziri İrakli Qaribaşvili rəsmi “X” hesabında qeyd edib.
“Biz ticarət, enerji, davamlı inkişaf və infrastrukturun inkişafı sahəsində xalqlarımıza fayda vermək üçün birgə layihələri nəzərdən keçiririk. Gürcüstan regionda davamlı sülh və sabitliyə dəstək verir”, – deyə baş nazir qeyd edib.
Great meeting with @presidentaz. 🇬🇪&🇦🇿are focused on strengthening ties & fostering economic growth. We’re exploring joint opps in trade, energy, sustainable & infrastructure development to benefit our people. Reiterated 🇬🇪’s support to lasting peace & stability in the region. pic.twitter.com/hdFt3laufc
— Irakli Garibashvili (@GharibashviliGe) October 9, 2023
www.102info.az