ABŞ regionda öz mövqelərini gücləndirmək planının bir hissəsi olaraq Yaxın Şərqə əlavə döyüş təyyarələri yerləşdirməyi planlaşdırır.
Bu barədə CNN öz mənbələrinə istinadla xəbər verib.
Kanalın həmsöhbətinin sözlərinə görə, ABŞ “F-35” və “F-15”ləri oraya köçürəcək. Onların dəqiq sayı məlum deyil, ancaq 20-25 döyüş təyyarəsinin olduğu ehtimal edilir.
Əlavə qırıcıların yerləşdirilməsinin məqsədi kimi İrandan potensial təcavüz və ya hərbi əməliyyatların İsrailin hüdudlarından kənara çıxmaq ehtimalının qarşısını almaq olduğu vurğulanıb.
www.102info.az