Azərbaycan millisinin futbolçusu Renat Dadaşov Türkiyə Super Liqasında VIII turun rəmzi komandasına düşüb.
“Hatayspor”da çıxış edən 24 yaşlı hücumçu 8,1 balla 11-liyə daxil edilib.
Qeyd edək ki, Renat Dadaşov “Konyaspor”a 3:1 hesabı ilə qalib gəldikləri oyunda iki qol vurub.

Mənbə: sofascore.com
www.102info.az