Avstriya millisinin futbolçusu David Alaba AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan və Belçikaya qarşı oyunları buraxacaq.
Bu barədə Avstriya Futbol Assosiasiyasının rəsmi saytı məlumat yayıb. Bildirilib ki, 31 yaşlı müdafiəçi heyətdən çıxarılıb.
Buna səbəb tibbi müayinələrdən sonra onun oyunlara hazır olmayacağının üzə çıxmasıdır. İspaniya “Real Madrid”inin 31 yaşlı oyunçusu klubun düşərgəsində qalacaq.
Qeyd edək ki, oktyabrın 13-də Vyanada Belçikanı qəbul edəcək avstriyalılar üç gün sonra Bakıda Azərbaycan millisinin qonağı olacaqlar.
www.102info.az