İsraildə ölənlərin sayı 600 nəfəri keçdi – VİDEO

Dünya


Baku TV-nin müxbiri Leyli Məhərrəm İsraildən son məlumatları çatdırıb.

Jurnalist bildirib ki, ölənlərin sayı 600 nəfəri keçib, daha onlarla meyitin kimliyinin müəyyən olunması istiqamətində ekspertizalar aparılır.

Qeyri-rəsmi məlumatlara görə, HƏMAS yaraqlılarının hücumundan sonra 750-yə yaxın İsrail vətəndaşı itkin düşüb. Qəzza zolağı istiqamətindəki 5 yaşayış məntəqəsində məskunlaşan əhali isə təxliyə olunub.

Həmçinin bildirilib ki, HƏMAS döyüşçüləri Təl-Əvivin mərkəzinə qədər gəlib çatıb. İsrail təhlükəsizlik qüvvələri onları İbn-Qabirol küçəsində zərərsizləşdirib.

Qeyd edilib ki, HƏMAS qüvvələri həmin ərazidə kütləvi qırğın planlaşdırırmış.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir