İsrail ordusu Qəzza zolağında HƏMAS yaraqlılarına aid 1 707 hədəfə hücum edib.
Məlumatı İsrailin “Kan” dövlət televiziya və radio şirkəti yayıb.
Bildirilib ki, İsrail hərbçiləri 475 raket buraxılış qurğusunu, 73 hərbi obyekti, 24 strateji hərbi strukturu və 22 yeraltı obyekti vurub.
Qeyd edək ki, oktyabrın 7-də HƏMAS radikal təşkilatı silahlılarının Qəzza zolağından İsrailə hücumu nəticəsində 900-dən çox insan həlak olub. Öz növbəsində İsrail rəsmi şəkildə müharibə vəziyyətini elan edib. Hökumət bu qərarı 40-Əlif adlanan bəndi işə salaraq qəbul edib. Sonuncu dəfə bu bənd 50 il əvvəl – Məşhər Günü müharibəsi zamanı qüvvəyə minib.
www.102info.az