Qəzza ilə həmsərhəd olan Raim kibutsunda (xüsusi kənd təsərrüfatı icması – red.) İsrailin “Nature Party” musiqi festivalına HƏMAS-ın hücum anını əks etdirən daha bir dəhşətli görüntü yayılıb. Kadrlarda HƏMAS silahlılarından avtomobili ilə qaçmağa cəhd edən silahsız festival iştirakçısının gülləbaran edilməsinin görüntüləri əks olunub.
Qeyd edək ki, “Sülh naminə” şüarı altında keçirilən festival yerində 260 cəsəd tapılıb. Bundan başqa iştirakçılardan əksəriyyəti girov götürülüb və ya itkin düşüb.
www.102info.az