İsrail müdafiə ordusu (SAXAL) “Hizbullah”ın hücumu təhlükəsi səbəbindən Livan sərhədinə on minlərlə əlavə hərbçi göndərib.
Bu barədə İsrail ordusunun nümayəndəsi Conatan Konrikus CNN telekanalına müsahibəsində bildirib. O əlavə edib ki, sərhəddə vəziyyət qeyri-sabitdir.
“Biz onları İsrailə qarşı bu cür hücumlara başlamazdan əvvəl iki dəfə düşünməyə çağırdıq. Hələlik son bir neçə saat ərzində vəziyyət sakit idi. Ümid edək ki, belə də qalacaq”.
Xatırladaq ki, daha əvvəl “Hizbullah” partiyasının silahlı qanadı Livanın cənubundakı sərhəd bölgəsində SAXAL-a qarşı əməliyyat elan edib. Daha sonra media bu hərəkatın minlərlə döyüşçünü səfərbər etməyə başladığını yazıb.
www.102info.az