İsrail polis əməkdaşları HƏMAS yaraqlılarının istifadə etdiyi kriptovalyuta hesablarını dondura bildiklərini bildiriblər.
Bu barədə “X” sosial şəbəkəsində İsrail hüquq-mühafizə orqanlarının hesabında məlumat verilib.
“İsrail Polisinin Kibertəhlükəsizlik Bölməsi, Müdafiə Nazirliyi, İsrail Təhlükəsizlik Agentliyi və digər dövlət kəşfiyyat agentlikləri ilə əməkdaşlıq edərək, HƏMAS-ın istifadə etdiyi kriptovalyuta hesablarını uğurla dondurub”, – deyə departamentdən açıqlama verilib.
Müəyyən edilib ki, yaraqlılar bloklanmış virtual pul kisələrindən öz fəaliyyətlərini maliyyələşdirmək üçün istifadə ediblər.
Xatırladaq ki, oktyabrın 7-də HƏMAS hərəkatının qüvvələri İsrailə bir neçə min raket atıb və “Əl-Əqsa tufanı” əməliyyatının başladığını elan ediblər. Bunun fonunda İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir oktyabrın 7-də ölkədə fövqəladə vəziyyət elan edib.
www.102info.az