İsraildə bütün kəndi HƏMAS silahlılarından xilas edən gənc qız qəhrəman elan olundu – FOTO

Dünya


İsraildə sərhədə yaxın və Qəzza zolağından təxminən 2,5 kilometr aralıda yerləşən Nir Am bölgəsində yaşayan 25 yaşlı İnbar Lieberman adlı qız HƏMAS-ın hücumundan sonra qəhrəman elan edilib.

Qapalı icma olan Nir Am bölgəsində təhlükəsizlik koordinatoru kimi çalışan Lieberman hücumu eşidəndən dərhal sonra hərəkətə keçib.

O, yaxınlıqda eşidilən atışma və partlayış səslərinin əvvəlki raketlərdən fərqli olduğunu anlayıb və qonşuları bir yerə cəmləyib. Kəndi mümkün qarşıdurmaya hazırlayan Lieberman 12 qonşusuna silah paylayıb və bəzi yerlərdə tələlər qurub. Bir müddət sonra HƏMAS silahlıları kəndə yaxınlaşıblar və atışma başlayıb. Təxminən 4 saat davam edən qarşıdurma zamanı Lieberman 5 HƏMAS yaraqlısını öldürüb, ümumilikdə 25-dən çoxunu isə zərərsizləşdirib. Hücumun şiddətini əvvəldən təxmin edən və lazımi hazırlıqlar görən gənc qadın bu yolla bütün bir kəndi xilas edib. 2022-ci ilin dekabrından bu vəzifədə çalışan qadın çox sayda mülki əhalinin ölümünün də qarşısını alıb.

Nir Am yaxınlığındakı oxşar kəndlərdən gələn dəhşətli görüntülər və bir çox kəndlərdə çoxlu mülki əhalinin həyatını itirməsi fonunda İsrail mediası İnbar Libermana “Qəhrəmanlıq medalı”nın verilməsinin zəruri olduğunu bəyan edib.

“HƏMAS yaraqlıları bir çox kəndə girməyə çalışdılar, lakin burada onların qarşısı alındı və bura girə bilmədilər”, – deyə İsrail mediası bununla bağlı bildirib.

Mənbə: Haber Global

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir