Xorvatiya millisi AVRO-2024-ün seçmə mərhələsində Türkiyəyə qarşı matçdan əvvəl ciddi itkilərlə üzləşib.
Bu barədə yığmanın baş məşqçisi Zlatko Daliç oyunöncəsi mətbuat konfransında məlumat verib. O, hücumçular – Bruno Petkoviç və Andrey Kramariçin zədə səbəbindən qarşılaşmanı buraxacaqlarını bildirib.
Qeyd edək ki, sabah keçiriləcək Xorvatiya-Türkiyə görüşü Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
www.102info.az