Ravvin Coel Adler: “HƏMAS “qırmızı xətt”i keçdi”

Dünya


“Dünyanın müxtəlif ölkələrindən olan dini liderlər İsraildə terrorçular tərəfindən kişi, qadın və uşaqların vəhşicəsinə öldürülməsi qarşısında səssiz qalmamalıdırlar”.

“Report” xəbər verir ki, bu barədə Astanada jurnalistlərə İsrailin baş aşkenazi ravvininin nümayəndəsi ravvin Coel Adler bildirib.

“Bu günlərdə İsraildə keçirilən minlərlə dəfn mərasimi, dəhşətli terror aktlarının günahsız qurbanları, girovların əzabları və minlərlə yaralı haqqında düşünürəm. Ürəyim parçalanır”.

O qeyd edib ki, İsrail raket atəşinə tutulduğu zaman Qüdsdən Astanaya gəlib:

“Müxtəlif konfessiyaların liderləri olaraq tanrının belə bir formada təhqir edilməsinə, tanrının surətində yaradılan qadın, kişi və uşaqların vəhşicəsinə qətlə yetirilməsinə səssiz qala bilərikmi? Holokostun təkrarlanan görüntülərini yenidən görəndə səssiz qala bilərikmi? Günahsız kişilər, qadınlar və uşaqlar sadəcə yəhudi olduqlarına görə öldürülürlər. Söhbət siyasətdən deyil, insanlıq, əxlaq və tolerantlığın qorunmasından gedir. Susmaq terrora dəstək hesab oluna bilər. Ona görə də ictimaiyyət, insanlıq buna susmamalıdır, belə hadisələr qarşısında dünya sakit qalmamalıdır”.

C.Adler vurğulayıb ki, onlar “qırmızı xətt”i keçiblər və yalnız bir çıxış yolu var – HƏMAS artıq mövcud olmamalıdır:

“Xalqımızı qorumaq üçün mübarizə aparacağıq. Biz sülhə, xalqların dinc yanaşı yaşamasına inanırıq. Bu günlərdə İsraildə minlərlə insan dəfn edilib. Nə üçün? Bu insanlar nə ediblər? Qaçırılan və indi Qəzzada olanlar nə ediblər? HƏMAS terrorçu qrupların ideologiyasına sadiqdir. İlk qurban İsraildir. Daha çox ölüm olmaması üçün HƏMAS artıq mövcud olmamalıdır”.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir