Bu gün AVRO-2024-ün seçmə mərhələsində VII tura start veriləcək.
Oxu.Az xəbər verir ki, ilk oyun günündə A, D, E və I qruplarında ümumilikdə səkkiz qarşılaşma baş tutacaq.
D qrupunda yer alan Türkiyə yığması Xorvatiyanın qonağı olacaq. Qrupun digər matçında Latviya Ermənistanla qarşılaşacaq.
A qrupunda İspaniya lider Şotlandiya ilə, Kipr isə Norveçlə üz-üzə gələcək.
AVRO-2024
Seçmə mərhələ, VII tur
12 oktyabr
A qrupu
22:45. İspaniya – Şotlandiya
22:45. Kipr – Norveç
Xal durumu: Şotlandiya – 15, İspaniya – 9, Norveç – 7, Gürcüstan – 4, Kipr – 0
D qrupu
20:00. Latviya – Ermənistan
22:45. Xorvatiya – Türkiyə
Xal durumu: Xorvatiya – 10, Türkiyə – 10, Ermənistan – 7, Uels – 7, Latviya – 0
E qrupu
22:45. Farer adaları – Polşa
22:45. Albaniya – Çexiya
Xal durumu: Albaniya – 10, Çexiya – 8, Moldova – 8, Polşa – 6, Farer adaları – 1
I qrupu
22:45 Belarus – Rumıniya
22:45 Andorra – Kosovo
Xal durumu: İsveçrə – 14, Rumıniya – 12, İsrail – 11, Belarus – 4, Kosovo – 4, Andorra – 2
www.102info.az