İsrailin Baş naziri Benyamin Netanyahu İsrailə səfər edən ABŞ Dövlət katibi Antoni Blinkenlə görüşü zamanı bildirib ki, dünya ictimaiyyətinin HƏMAS-a mövqeyi İŞİD-ə olduğu kimi barışmaz olmalıdır.
“HƏMAS İŞİD-dir. Və İŞİD darmadağın edildiyi kimi, HƏMAS da darmadağın ediləcək. İŞİD-ə necə münasibət göstərilirdisə, HƏMAS-a da o cür münasibət göstərilməlidir. Onlar millətlər birliyindən qovulmalıdırlar. Heç bir lider onları qarşılamamalı, heç bir ölkə onlara sığınacaq verməməlidir”, – deyə o bildirib.
Netanyahu qeyd edib ki, HƏMAS ilə təmasda olanlar da sanksiyalara məruz qalmalıdırlar.
Mənbə: Life.ru
www.102info.az