Gürcüstan prezidenti Salome Zurabişvilinin impiçmenti baş tutmayacaq.
Bu barədə ölkənin hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyasından məlumat verilib.
Bildirilib ki, prosedurun faktiki olaraq mümkünsüzlüyünə səbəb parlamentdəki səs çatışmazlığıdır.
Xatırladaq ki, sentyabrın əvvəlində dövlət başçısı Berlin, Brüssel və Parisə səfər edərək burada yüksək səviyyəli görüşlər keçirib. Sonradan məlum olub ki, Gürcüstan hökuməti onun səfərlərinə razılıq verməyib. Bu səbəbdən hakim partiya prezidenti ölkə Konstitusiyasını pozmaqda ittiham edib və impiçment proseduruna başlayıb. Prosedurun uğurla başa çatması üçün 150 deputatdan 100-nün səsi tələb olunub. Lakin, görünür layihə millət vəkilləri arasında yetərli dəstək qazana bilməyib.
Mənbə: TASS
www.102info.az