Bu gün AVRO-2024-ün seçmə mərhələsində VII turun növbəti oyunları baş tutacaq.
Oxu.Az xəbər verir ki, B, F və J qruplarında ümumilikdə yeddi qarşılaşma baş tutacaq.
F qrupunda yer alan Azərbaycan millisi səfərdə Estoniyanın qonağı olacaq. Qrupun digər matçında Avstriya Belçika ilə üz-üzə gələcək. Bu görüşün qalibi final mərhələsinə vəsiqəni təmin edəək.
B qrupunda Fransa Niderlandla qarşılaşacaq. Fransızlar qalib gəlsələr, AVRO-2024-ə vəsiqə əladə edəcəklər. Sözügedən matçın heç-heçə bitməsi halında isə Yunanıstanın məğlubiyyəti son dünya çempionatının finalçısını AVRO-2024-ün əsas yarışına aparacaq.
J qrupunda isə Portuqaliya öz meydanında Slovakiyaya qalib gəlməklə tapşırığın öhdəsindən gələ bilər. Lakin pireneylilər həm də Lüksemburqun qələbə qazanmamasına ümid etməlidirlər.
AVRO-2024
Seçmə mərhələ, VII tur
13 oktyabr
B qrupu
22:45. Niderland – Fransa
22:45. İrlandiya – Yunanıstan
Xal durumu: Fransa – 15, Niderland – 9, Yunanıstan – 9, İrlandiya – 3, Cəbəllütariq – 0
F qrupu
20:00. Estoniya – Azərbaycan
22:45. Avstriya – Belçika
Xal durumu: Avstriya – 13, Belçika – 13, İsveç – 6, Azərbaycan – 1, Estoniya – 1.
J qrupu
22:45. Portuqaliya – Slovakiya
22:45. İslandiya – Lüksemburq
22:45. Lixtenşteyn – Bosniya və Herseqovina
Xal durumu: Portuqaliya – 18, Slovakiya – 13, Lüksemburq – 10, Bosniya və Herseqovina – 6, İslandiya – 6, Lixtenşteyn – 0
www.102info.az