Azərbaycan Premyer Liqasının IX turunda keçirilmiş “Neftçi” – “Qarabağ” matçında baş verən maraqlı hadisənin görüntüsü yayılıb.
Sosial şəbəkələrdə paylaşılan videoda “ağ-qaralar”ın futbolçusu Yuri Matiasla “atlılar”ın oyunçusu Elvin Cəfərquliyev arasında yaşanan insident əks olunub.
Epizodların birində Y.Matias topla oynayan rəqib vinger Abdullah Zubirə əl hərəkətləri edərək onun üzərinə gəlməsini istəyib. Braziliyalı müdafiəçinin bu jestləri Elvin Cəfərquliyevin xoşuna gəlməyib. O, Matiasın üzərinə yeriyib və futbolçunu yerə yıxıb.
Qarşılaşmanın baş hakimi Rəşad Əhmədov qayda pozuntusunu qeydə alaraq oyunu saxlayıb. Lakin onun Cəfərquliyevə rəsmi xəbərdarlıq etməməsi diqqət çəkib.
Xatırladaq ki, Azərbaycan derbisi “Neftçi”nin məğlubiyyəti ilə başa çatıb – 0:2.
www.102info.az