İsraillə həmrəylik nümayiş etdirmək üçün ölkədə səfərdə olan Almaniya xarici işlər naziri Annalena Berbok HƏMAS-ın Təl-Əvivə raket hücumları səbəbindən sığınacaqda gizlənmək məcburiyyətində qalıb.
Məlumata görə, HƏMAS yenidən Təl-Əvivi atəşə tutub. “Dəmir qübbə” hava hücumundan müdafiə sistemi işə düşüb və almaniyalı nazir sığınacağa getməli olub.
Hələlik itkilər barədə məlumat yoxdur.
Radikal HƏMAS hərəkatının “İzz əd-Din əl-Kassam briqadaları” hərbi qanadı Təl-Əvivə raket hücumu təşkil etdiyini bəyan edib.
Qruplaşma bu barədə öz “Telegram” kanalında paylaşım edib. “Əl-Kassam briqadaları” cavab atəşi olaraq Təl-Əvivə raket zərbələri endirib”, – deyə bəyanatda bildirilib.
Qeyd edək ki, bundan əvvəl İsrail ordusunun Mətbuat Xidməti ölkənin mərkəzi bölgələrində, o cümlədən Təl-Əvivdə və onun ətraflarında həyəcan siqnalı barədə açıqlama vermişdi.
Mənbə: TASS
www.102info.az