ABŞ İsrailə növbəti dəfə hərbi yardım göndərdi

Dünya


ABŞ İsrailə yenə hərbi yardım göndərib.

Bu barədə İsrail müdafiə naziri Yoav Qalant amerikalı həmkarı Lloyd Ostin ilə keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, yük təyyarəsi oktyabrın 13-də ölkəyə enəcək.

“ABŞ və İsrail arasında müdafiə sahəsində əməkdaşlıq, o cümlədən Pentaqon, Ağ Ev və Konqresin İsrailə dəstəyi bizim imkanlarımızı artırır, bizə fəaliyyət azadlığı verir. Bu gün biz İsrail Müdafiə Qüvvələri üçün lazım olan silahlarla dolu ikinci təyyarəni qəbul edəcəyik”, – deyə İsrail Müdafiə Nazirliyinin rəhbəri qeyd edib.

Xatırladaq ki, ABŞ silahlarının ilk partiyası oktyabrın 11-də İsrailə təhvil verilib. Müasir döyüş sursatları ilə dolu olan təyyarə Nabatim bazasına eniş edib. İsrail hakimiyyəti amerikalı həmkarlarına göstərdikləri dəstəyə görə minnətdarlığını bildirib.

Mənbə: News.ru

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir