İsrail-Fələstin münaqişəsində Təl-Əvivi “qeyri-proporsional cavab”da ittiham edənlər az deyil. İsrail Müdafiə Ordusu (SAXAL) buna cavab olaraq drondan çəkilmiş görüntüləri paylaşıb.
Kadrlarda HƏMAS yaraqlıları tərəfindən birbaşa yaşayış məntəqələrindən İsrail istiqamətinə raketlərin buraxılışı əks olunub.
“Mülki insanların canlı qalxan kimi istifadəsi müharibə cinayətidir və mülki şəxslərin ölümünə görə məsuliyyəti bu hərəkətləri həyata keçirən tərəfin üzərinə qoyur”, – deyə videonun şərhində vurğulanıb.
www.102info.az