Tbilisidə erkən nikahla bağlı aksiya keçirilib – FOTO

Dünya


Tbilisidə parlamentin qarşısında Gürcüstanda erkən nikahla bağlı aksiya təşkil edilib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, dinc aksiyada yüzlərlə insan iştirak edib.

Aksiyanın keçirilməsinin əsas məqsədi uşaqları qorumaq, onları təhsilə yönəltmək, həmçinin erkən nikahla bağlı qanunda daha sərt tədbirlərin görülməsi üçün dəyişikliklərin edilməsi tələbidir.

Dinc aksiyanın təşkilatçılarından biri, hüquq müdafiəçisi Samirə Bayramova bildirib ki, erkən nikah Gürcüstanda tək azərbaycanlıların problemi deyil:

“Gürcüstanın bir çox regionları var ki, statistika Azərbaycanlılar yaşayan bölgələrdən daha çoxdur. İmereti ərazisində erkən nikahların statistikası olduqca böyükdür. Statistikaya əsasən, ən çox erkən nikah elə paytaxt Tbilisidə baş verir”.

“Gender bərabərliyi, qadın və uşaq hüquqları ilə bağlı Gürcüstanın bütün bölgələrində maarifləndirmə işləri aparırıq, vətəndaşlarla görüşürük. Hər bir kənd, hər bir icma, hər bir məktəbdə bu görüşlərimiz baş tutur və tutacaq”, – hüquq müdafiəçisi qeyd edib.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir