İsrail Müdafiə Nazirliyi və İsrail Müdafiə Qüvvələri ölkənin şimalında, Livan sərhədindən iki kilometrə qədər məsafədə yaşayan sakinlərin təxliyəsinə başlanıldığını elan ediblər.
Təxliyə planına 28 yaşayış məntəqəsi daxil edilib.
Nazirlik və İsrail Müdafiə Qüvvələrinin birgə bəyanatına əsasən, təxliyə edilən vətəndaşlar dövlət tərəfindən maliyyələşdirilən pansionatlarda yerləşdiriləcəklər. Planın həyata keçirilməsini müdafiə naziri Yoav Qalant təsdiqləyib. Planın icrasına yerli bələdiyyələrin, Daxili İşlər Nazirliyinin və Fövqəladə Hallar üzrə Milli İdarənin rəhbərləri nəzarət edəcəklər.
Mənbə: Kommersant.ru
www.102info.az