PSJ hücumçusu Kilian Mbappe ilə yeni müqavilə imzalamaq niyyətindədir.
Məlumata görə, Paris klubu bu həftə 24 yaşlı fransıza yekun təklifini edəcək. PSJ oyunçu ilə sözləşməni 2025-ci ilin yayına qədər uzatmaq istəyir. Müqaviləyə mövsümün sonunda aşağı qiymətə satış maddəsi də əlavə edilə bilər.
Mbappenin PSJ ilə hazırkı sözləşməsi 2024-cü ilə qədərdir. Vəziyyət dəyişməsə, o artıq qışda digər klublarla sərbəst danışıq apara biləcək. Mövsüm başlamazdan əvvəl klub rəhbərliyi hücumçunu yeni müqavilə imzalamaqdan imtina etdiyinə görə qısa müddətə əsas komandadan uzaqlaşdırıb.
Bu mövsüm Kilian PSJ-nin heyətində bütün yarışlarda doqquz oyun keçirib və səkkiz qol vurub.
Mənbə: sport.es
www.102info.az