BMT Qəzza zolağının atəşə tutulmasını müharibə cinayəti adlandırdı

Dünya


BMT Qəzza zolağının atəşə tutulmasını müharibə cinayəti adlandırıb.

Bu bəyanatla BMT-nin müstəqil beynəlxalq komissiyası çıxış edib. Komissiya İsrailin Fələstin şəhərlərini qeyri-mütənasib şəkildə hədəf aldığını bildirib.

“İsrailin hücumları nəticəsində dəyən zərər və xəsarətlər hərbi mənfəətlə qeyri-mütənasib olub və buna görə də müharibə cinayəti təşkil edib”, – BMT komissiyası vurğulayıb.

Komissiya həmçinin fələstinli yaraqlıların İsraildəki hərəkətlərini də cinayət kimi tanıyıb.

Qeyd olunub ki, son məlumatlara görə, Anklav əhalisinin yarıdan çoxu evlərini tərk etməyə məcbur qalıb.

Mənbə: lenta.ru

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir